Cəlilabad rayonunda iki qadın dərmandan zəhərlənib. Foodinfo.az-ın məlumatına  görə, hadisələr rayonunun ayrı-ayrı kəndlərində qeydə alınıb. Belə ki, rayonunun Maşlıq kənd sakini, 2001-ci il təvəllüdlü G.Quliyeva qəbul etdiyi dərmandan zəhərlənib. Qadın rayon xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, qadın həyat yoldaşının psixotrop dərmanlarını qəbul edib. Hadisənin intihar olub-olmaması məlum deyil. Digər hadisə isə rayonun Qarazəncir kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü P. Abdullayeva psixatrop dərmandan zəhərlənib. Qadın rayon xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Hər iki faktla bağlı araşdırmalara başlanılıb.