“Çoçuklar duymasın” serialında Haluk obrazı ilə tanınan və əslən azərbaycanlı olan məşhur Türkiyə aktyoru Tamər Qaradağlı Sosial Tədqiqatlar Mərkəzinə açıqlamasında ordumuza, xalqımıza dəstəyini ifadə edib.
Məşhur aktyor Azərbaycanın yanında olduğunu bildirib:
““Bir millət, iki dövlət” əbəs yerə demirik, məncə. Əslində tək bir xalqıq. Eyni kökdən, eyni soydanıq. Azərbaycan əsgərlərinin yanındayam. Ötən dəfə bir proqramda məndən soruşdular ki, Azərbaycan Ordusuna qatıla bilərəmmi. Dedim ki, məmnuniyyətlə qatılardım, ancaq yaşıma görə qəbul etməzlər. Bu sözlərimdə səmimiydim. Necə ki, Türkiyə hər hansı xarici təhlükəylə üzləşərsə, əlimdən gələni edəcəksəm, Azərbaycan torpaqlarını da eyni gözlə görürəm. Bu torpaqlara edilən hər hansı hücum mənim üçün Türkiyəyə edilmiş kimidir”.
Aktyor Qarabağın tezliklə azad ediləcəyinə inamını dilə gətirib: “İnşallah tezliklə Qarabağ azad edilər. Hamımız toplaşıb gedərik, gözəl bir süfrə açarıq o torpaqlarda”.
Qeyd edək ki, aktyor üç il əvvəl Azərbaycanda olub. Onun ata babası, nənəsi Gəncədəndir.