Çayı həmişə təzə dəm içmək lazımdır. Köhnə dəm orqanizmə zərərlidir.
Nutrisoloq İrina Mansurova köhnə dəmi içmək vərdişinin təhlükəli olduğunu bildirib.
“Köhnə dəmdə patogenlər və göbələklər yaranır. Çayın düzgün içilmə sxemi – təzə dəmləyib, 10 dəqiqədən sonra içmək və ən çoxu 1-2 saat saxlamaqdır. Bir sutka qalan çayda heç bir faydalı təsir qalmır.
Yaşıl və ağ çay 80 dərəcə qaynar su, qara çay 95 dərəcə suda dəmlənir. 1-2 saatdan sonra artıq qalan dəm atılmalı, yenisi dəmlənməlidir”.