
Dəniz duzu dəniz suyunun buxarlanması ilə əldə edilən təbii duz növüdür. Tərkibində yalnız natrium xlorid deyil, həm də maqnezium, kalsium, kalium və digər iz elementləri var. Bu səbəbdən adi süfrə duzuna nisbətən daha zəngin minerallı sayılır.
Foodinfo.az dəniz duzunun faydalarını təqdim edir:
1. Elektrolit balansını dəstəkləyir
Tərkibindəki maqnezium və kalium bədənin su-duz balansını tənzimləməyə kömək edir. İdmandan sonra və ya çox tərlədikdə bu balansın bərpasında faydalıdır.
2. Həzm sistemini yaxşılaşdırır
Səhər acqarına az miqdarda dəniz duzu ilə qarışdırılmış su içmək mədə turşusunu tənzimləyir və həzmi rahatlaşdırır.
3. Dəri üçün faydalıdır
Dəniz duzunun antiseptik xüsusiyyətləri var. Duzlu su ilə edilən vannalar sızanaq, ekzema və dəri iltihablarını sakitləşdirir.
4. Sinirləri sakitləşdirir
Maqneziumla zəngin olduğu üçün stressi və əzələ gərginliyini azaldır. Dəniz duzu ilə hazırlanmış isti vanna rahat yuxuya kömək edir.
5. Təbii skrab kimi istifadə olunur
Dəniz duzu ölü dəri hüceyrələrini təmizləyir, dərini hamarlaşdırır və qan dövranını artırır. Zeytun yağı ilə qarışdırılaraq bədən skrabı kimi istifadə olunur.
Dəniz duzunun da çox miqdarda istifadəsi yüksək təzyiqə və böyrək problemlərinə səbəb ola bilər. Hər şeydə olduğu kimi, burada da "orta miqdar" ən doğrusudur.