Dəri ilə bağlı ən çox rast gəlinən problemlərdən biri onun quruluğudur. Bu xüsusilə qış aylarında daha da artır. Çünki soyuq hava dərinin nəmliyini azaldır. Bundan əlavə, dəridəki quruluq qaşınmaya, dərinin qalınlaşmasına, qıcıqlanmalar və müxtəlif infeksiyalara gətirib çıxara bilər. Dəri qalınlaşdıqda onun rəngi də dəyişir. Qaşınması isə ekzemaya səbəb olur. Cavan yaşlarda bunlar ciddiyə alınmasa, yaşlandıqda digər problemlər də yarada bilər.
Bəs, dəri quruluğunun qarşısını necə ala bilərik ?
Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, isti su dəri quruluğunu artıran ən vacib faktorlardan biridir. Çalışın üzünüzü ilıq su ilə yuyun.
Yuma zamanı tərkibi yağlı olan şampunlardan istifadə edin.
Hər duşdan sonra üzünüzü və bədəninizi yaxşıca nəmləndirin.
Dərini təmizləmək üçün PH səviyyəsini özündə saxlayan məhsulları seçin.
İsti havalarda günəşə qarşı qoruyucu kremdən istifadə etməyə üstünlük verin. Çalışın gün işığına çox məruz qalmayın.
Soyuq havalarda isə əl quruluğunun qarşısını almaq üçün əlcəklərdən istifadə edin.
Çalışın yun və sintetik tərkibli geyimlərdən uzaq durun.
Ən əsası isə bol-bol su için.
Son xəbərlər
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin