Dərmanlar, dəmir əlavələri istisna olmaqla, su ilə qəbul edilməlidir.
Bəs çaydan bu məqsədlər üçün istifadə etmək olarmı? Foodinfo.az Edimdoma.ru-ya istinadən xəbər verir ki, bu sualın cavabını həkim Aleksandr Myasnikov verib.
Rusiya 1 kanalında "Ən vacib şey haqqında" verilişinin efirində mütəxəssis qeyd edib ki, dərmanları çayla qəbul etmək olar, amma müntəzəm olaraq deyil. Bunu yalnız ekstremal hallarda etmək tövsiyə olunur.
Bunun səbəbi çayın tərkibindəki kofeinin dərmanla reaksiya verə bilməsidir. Və bu arzuolunmaz bir prosesdir.