Selenium orqanizm üçün vacib olan mikroelementlərdən biridir və bir çox təbii qidada mövcuddur.
Foodinfo.az xəbər verir ki, ən zəngin selenium mənbələrindən biri Braziliya qozudur. Gündə bir neçə ədəd yeməklə bədənin selenium ehtiyacını qarşılaya bilərsiniz.
Balıq (xüsusilə tuna, sardina), dəniz məhsulları (midiyə, karides), yumurta və toyuq əti də yaxşı mənbələrdir.
Taxıllar, tam buğda məhsulları, günəbaxan toxumu və göbələk kimi bitki mənşəli qidalar da seleniumla zəngindir.
Sağlamlıq üçün seleniumu balanslı qəbul etmək vacibdir, çünki həm çatışmazlıq, həm də həddindən artıq istehlak zərərlidir.