Diabet qan şəkəri səviyyəsinin yüksək vəziyyətidir və adətən insulin hormonunun qeyri-kafi olması və ya bədənin insulinə cavab verə bilməməsi səbəbindən baş verir. Qidalanma vərdişləri diabetə nəzarət etmək üçün çox vacibdir. Diabet xəstələri üçün bəzi qidaların qan şəkərini qəfil yüksəltdiyini, digərlərinin isə daha yavaş artırdığını bilmək vacibdir.

Foodinfo.az xəbər verir ki, ilk növbədə şəkərli diabet xəstələri üçün tərkibində lif və kompleks karbohidratlar olan qidalar daha uyğundur. Badam, fındıq və qoz kimi çərəzlər, tam buğda çörəyi və qəhvəyi düyü kimi tam taxıllı qidalar qan şəkəri səviyyəsini daha balanslı saxladığı məlumdur. Bundan əlavə, yüksək lifli tərəvəzlərə, xüsusilə tünd yaşıl yarpaqlı tərəvəzlərə və brokoliyə üstünlük verilməlidir. 

Zülal mənbələri qan şəkərini balanslaşdırmaq üçün də vacibdir. Toyuq, hinduşka və balıq kimi az yağlı protein mənbələri diabetli insanların qidalanma menyusuna daxil edilməlidir. 

Bundan başqa paxlalılar tərkibindəki zülal və lif tərkibi ilə də faydalı qidalar sırasındadır. 

Diabet xəstələrinin istehlak etməli olduğu ən vacib qidalardan biri omeqa-3 yağ turşuları ilə zəngin qidalardır. Somon, ton balığı və kətan toxumu kimi qidalar omeqa-3 yağ turşularını ehtiva edir və qan şəkərini nəzarət altında saxlamağa kömək edir.

Şəkərli diabet xəstələri tərkibindəki təbii şəkərə görə meyvə yeməyə çox vaxt tərəddüd edirlər. Liflə zəngin olan meyvələr və antosiyaninlər kimi antioksidanlar ehtiva edən giləmeyvələrə daha çox üstünlük verilməlidir.

Şəkərli və işlənmiş qidalardan, doymuş yağ tərkibli və yüksək miqdarda duz ehtiva edən qidalardan uzaq durmaq diabetin idarə olunması üçün çox vacibdir. Hər bir diabet xəstəsinin ehtiyacları fərqli olacağından, diabetin idarə edilməsində ixtisaslaşmış bir diyetoloqla işləmək lazımdır. Bir qidalanma mütəxəssisi tərəfindən hazırlanmış fərdi qidalanma planı qan şəkərini balanslaşdırmağa kömək edə bilər.