Son günlər uşaqlar arasında virus yayılıb. Xəstəliyə yoluxan bütün uşaqlarda qızdırma, öskürək, halsızlıq və iştahsızlıq kimi əlamətlər müşahidə olunur. Foodinfo.az xəbər verir ki, valideynlər belə vəziyyətin bir neçə həftədir davam etdiyini deyirlər. Onların sözlərinə görə övladlarına verdikləri dərmanların da effekti çox azdır. Əczaçılar da uşaq dərmanlarının son dövrlər çox alındığını təsdiqləyirlər. Uşaqlar arasında virusun yayılmasına səbəb nədir? Azyaşlılar arasında bir neçə həftədir ki, virus yayılıb. Başlıca əlamətləri yüksək temperatur, fasiləsiz öskürək, halsızlıq və  iştahsızlıqdır. Valideynlər narahat oluqlarını deyirlər. Onların sözlərinə görə dərmanlar belə uşaqların səhhətinə müsbət təsir göstərmir. Əksər azyaşlıların bu səbəbdən məktəb və bağçaya getmədikləri deyilir. Əczaçıların sözlərinə görə son günlər uşaqlar üçün nəzərdə tutulan dərmanların satışında ciddi artım var. Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitunun direktoru Allahverdi Musayev də uşaqlar arasında virusun yayıldığını təsdiq edir. Həkim vurğulayıb ki, valideynlər övladlarının koronavirusa yoluxmaq ehtimalından qorxduqları üçün onları vaxtında xəstəxanaya aparmaqdan çəkinir, ev şəraitində daha da ağırlaşdırırlar. Bu da əsassızdır.