Dırnaqların zəif olması nəticəsində dırnaqların qırılması və çatlaması qaçınılmazdır. Bundan əlavə, dırnaq boyası və ya kimyəvi maddələrə məruz qalaraq zamanla dırnaqlar sarala bilər. Görünüş baxımından insanları narahat edən qırılma, çatlama və saralmaya qarşı edəcəyiniz bu müalicə ilə dırnaqlarınız 2-3 dəqiqə ərzində daha möhkəm və saralmamış olacaq.

 Foodinfo.az dırnaqlarınızı gücləndirəcək və saralmağına yaxşı təsir edəcək resepti təqdim edir:

Dırnaq qırılması demək olar ki, hər bir insanın qarşılaşa biləcəyi problemlərdən biridir. Zəif dırnaqlar, daim su, kimyəvi maddələrlə məşğul olmaq, uzun müddət dırnaq boyası və təmizləyici vasitələrdən istifadə etmək zamanla əllərdə və dırnaqlarda deformasiyalara səbəb ola bilər. İncəlmiş dırnaqlar qırılır və ya çatlayır.

Bunlara əlavə olaraq dırnaq saralmasını da qeyd edə bilərik. Belə vəziyyətlərdə nə edəcəyinizi düşünürsünüzsə, evdə hazırlayacağınız materiallarla bu problemlərdən xilas ola bilərsiniz.

Soda və limon suyu dırnaqları gücləndirmək üçün təbii üsullar kimi tövsiyə olunan maddələrdir. Ev şəraitində hazırlaya biləcəyiniz bu qarışımla dırnaqlarınız həm ağaracaq, həm də güclənəcək.

Bunun üçün sizə lazım olan materiallar: təmiz qab, soda və limon suyudur. Hazır limon suyundan və ya limonun suyunu sıxaraq da istifadə edə bilərsiniz.

Çay stəkanı limon suyunu qaba qoyduqdan sonra 1 çay qaşığı soda əlavə edib qarışdırın. Dırnaqlarınızı bu qarışımda 2-3 dəqiqə saxlayın. Bu prosesdən sonra əllərinizi bol sabun və su ilə yaxşıca yuyun. Dırnaqlarınızın bərkidiyini və gücləndiyini dərhal görəcəksiniz.