Dövlət ərzaq ehtiyatları iki halda bazara buraxılır.
Foodinfo.az xəbər verir ki, bunu Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin birgə iclasında çıxışı zaman deyib.
Onun sözlərin görə, birinci halda dövlət ərzaq ehtiyatı ilə bağlı qanunun 30-cu maddəsində qeyd olunduğu hallarda – hansısa fövqəladə halda və ya təchizat dayanaqlığının davam etdirilməsi üçün.
“İkinci halda isə dövlət ehtiyatlarının saxlama müddəti başa çatdıqda. Yəni malların istehlak tarixi başa çatmağa yaxın vaxtda malların xarab olmaması məqsədilə mallar bazara buraxılır. Həmin malların əvəzi dövlət ehtiyatlarında tədarük edilir”, - deyə o qeyd edib