Köklük (piylənmə) bir çox xroniki xəstəliyə də səbəb olur. Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Belə ki, köklük əsasən diabet, ürək-damar xəstəlikləri və hətta xərçəngə gətirib çıxara bilir.
Bununla yanaşı köklük dünya iqtisadiyyatında işçi qüvvə ilə bağlı problemlərə səbəb olur. Dünya Piylənmə Federasiyasının 2023-cü il hesabatına əsasən artıq çəki və piylənmənin qlobal iqtisadiyyata təsiri 2035-ci ilə qədər illik 4,32 trilyon dollara çatacaq.
2025-ci ilə qədər dünyada 2,7 milyarddan çox kök və piylənmə problemi olan insan olacaq.
Bundan əlavə uşaq yaşlardakı piylənmə nisbətinin 2020-2035-ci illər arasında 2 dəfə artması proqnozlaşdırılır.
Nurlan