“Yeni il gəlir, 2021-ci ildə olan pozitiv dinamika davam edir. İstehsal artmaqdadır, yaxşı göstəricilərimiz var. Amma inflyasiya proqnozları özünü doğrultmadı”. Foodinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli bildirib. O qeyd edib ki, inflyasiya 4%, sonra isə 12,5 % proqnozlaşdırılsa da, 11 ayın göstəricilərinə görə 123,8 %, ərzaq inflyasiyası isə 20 %-in üstündədir: “İnflyasiya əhalinin güzəranına çox mənfi təsir göstərir: “Qarşıdan yeni il gəlir. Ən çox inflyasiya ərzaq inflyasiyasıdır. Bütün dünyada ərzaq qiymətləri bu ərəfədə aşağı salınır. Çağırış edirəm ki, insanlar qiymət artımından yox, dövriyyədən qazanmağa üstünlük versinlər. Hamı süfrə aça bilsin”.