Yeni bir araşdırma çox az duz istehlakının ürək çatışmazlığı olan xəstələr üçün zərərli ola biləcəyini ortaya çıxardıb.

Foodinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırmalara görə gündə 2,3 qramdan aşağı duz istehlakının fayda vermədiyi və ölüm riskini artıra biləcəyi müəyyən edilib.

Amerikalı Dr Anirudh Palicherla qeyd edib ki, araşdırmalar göstərdi ki, natrium pəhrizinin tövsiyə ediləndən daha az məhdudlaşdırılması ürək çatışmazlığı ilə mübarizədə əks təsir göstərir.

Doktor həmçinin bildirib ki, natriumun məhdudlaşdırılması hələ də ürək çatışmazlığına kömək etmək üçün bir yoldur, lakin məhdudiyyətin miqdarı müzakirə olunur:

"Bu araşdırma göstərir ki, natriumun həddindən artıq məhdudlaşdırılmasına deyil, natrium istehlakının təhlükəsiz səviyyəsinin yaradılmasına diqqət yetirilməlidir"

Tədqiqatçılar müəyyən ediblər ki, gündəlik natrium qəbulu 2,5 qramdan az olan xəstələrin ölüm riski gündə 2,5 qram və ya daha çox olanlara nisbətən 80 faiz daha çoxdur.