
Duzsuz qidalanma bəzi xəstəliklər üçün faydalı olsa da, ümumi sağlamlıq baxımından risklər də daşıyır. Foodinfo.az bildirir ki, orqanizm natrium çatışmazlığında sinir və əzələ funksiyalarında pozuntu yaşayır.
Duzun tamamilə rasiondan çıxarılması hipotoniya, halsızlıq və hətta depressiyaya gətirib çıxara bilər. Natrium elektrolit balansının qorunmasında mühüm rol oynayır. Xüsusilə isti havalarda duz itkisi bədənin susuzlaşmasına səbəb ola bilər. Duzsuz pəhriz zamanı başgicəllənmə, ürəkbulanma kimi simptomlar müşahidə olunur.
Həkim nəzarəti olmadan duzdan tam imtina etmək tövsiyə edilmir. Ən doğru yanaşma duzun miqdarını azaldaraq nəzarətli istifadə etməkdir. Orta hesabla gündə beş-qramlıq qəbul sağlamlıq üçün kifayət edir.
Xüsusilə hipertoniya və böyrək xəstələri duz miqdarına ciddi nəzarət etməlidirlər. Lakin sağlam fərdlər üçün tam duzsuzluq faydalı deyil. Duzun düzgün istifadəsi həm dad, həm də bədən balansı üçün vacibdir.