
Yay aylarında yüksək temperatur bədəni susuzlaşdırır, həzmi yavaşladır və mədə-bağırsaq problemlərini artırır. Mütəxəssislər isti havalarda yüngül, su və lif baxımından zəngin qidalar yeməyi tövsiyə edir.
Foodinfo.az həzm sistemini rahatladan yay qidalarını təqdim edir:
1. Qarpız və yemiş
Bol su tərkibi ilə həm susuzluğu aradan qaldırır, həm də həzmi asanlaşdırır.
2. Xiyar və pomidor
Mədə turşusunu balanslaşdırır, vitamin və minerallarla bədəni gücləndirir.
3. Yaşıl yarpaqlı tərəvəzlər
Liflə zəngindir, bağırsaq hərəkətlərini tənzimləyir.
4. Qatıq və ayran.
Probiyotik təsiri ilə həzm sistemini dəstəkləyir.
5. Zeytun yağı ilə salatlar
Yüngül və mədəyə yük olmayan enerji mənbəyidir.
Mütəxəssislər yayda ağır, yağlı və ədviyyatlı yeməklərdən uzaq durmağı, gün ərzində bol su içməyi də məsləhət görür.