Elmi araşdırmalar göstərir ki, müntəzəm və orta miqdarda qəhvə içmək qocalıqda bəzi xroniki xəstəliklərin riskini azalda bilər. Lakin bu təsir miqdardan, şəxsi sağlamlıq vəziyyətindən və içdiyiniz qəhvənin növündən asılıdır.

Foodinfo.az xəbər verir ki, qəhvədəki kofein və antioksidantlar beyindəki sinir hüceyrələrini qoruyur. Araşdırmalara görə, qəhvə içən yaşlı insanlarda Alzheymer və Parkinson kimi neyrodegenerativ xəstəliklərin riski daha aşağıdır.

Orta miqdarda qəhvə ürək-damar sistemini stimullaşdırır. Qan dövranını yaxşılaşdırır və ürək çatışmazlığı riskini azaldır.

Qəhvə insulin həssaslığını artıraraq qanda şəkərin tarazlanmasına kömək edir. Bu da yaşlılıqda diabetin qarşısını almağa yardımçı olur.

Xüsusilə qaraciyər və kolon (yoğun bağırsaq) xərçəngi riskini azaltmaqla əlaqələndirilir.

Həmçinin, kofein beyində dopamin və serotonin kimi "xoşbəxtlik hormonlarını" stimullaşdırır. Bu da yaşlılarda depressiya riskini azaldır.

Həddindən artıq qəhvə (gündə 4 fincandan çox) yuxusuzluq, əsəbilik, təzyiq yüksəlməsi kimi təsirlər göstərə bilər.