
Anoreksiya (tam adıyla anoreksiya nevroza) insanın qəsdən yeməkdən imtina etməsi, çox arıqlamaq istəyi və bədənini həddindən artıq kök görməsi ilə xarakterizə olunan psixoloji yemək pozuntusudur.
Foodinfo.az anoreksiyanın əsas xüsusiyyətlərini təqdim edir:
– Çox arıqlamış olsa da, özünü kök hesab edir.
– Yemək yeməkdən qorxur.
– Kalori hesablayır, yağlı qidalardan uzaq durur.
– Tez-tez güzgüdə öz bədənini yoxlayır.
– İdmanla həddindən artıq məşğul ola bilər.
– Aclıq hissinə baxmayaraq, yeməkdən imtina edir.
Bəs, anoreksiyanın nəticələri nələr ola bilər?
– Kəskin arıqlama
– Vitamin-mineral çatışmazlığı
– Aybaşı kəsilməsi
– Saç tökülməsi, dırnaqların qırılması
– İmmunitetin zəifləməsi
– Ürək problemləri
– Depressiya, narahatlıq
– Aclıqdan ölüm riski
Anoreksiyanın səbəbləri psixoloji faktorlar (özünə güvənsizlik, mükəmməllik istəyi), sosial təzyiqlər (ideal bədən anlayışı, sosial şəbəkələrdəki görünüş təzyiqi), ailə problemləri, travmalar (uşaqlıqda zorakılıq, tənqid və s.), genetik meyillilik ola bilər.
Bu hal ciddi bir xəstəlikdir və psixoloq, psixiatr, dietoloq və ailənin dəstəyi ilə müalicə olunmalıdır. Erkən müdaxilə sağalma şansını artırır.