Mütəmadi idmanla məşğul olmaq və yürüşə çıxmaq ürək sağlamlığını qoruyur. 

Foodinfo.az xəbər verir ki, bu barədə türkiyəli professor Murat Gençbay danışıb.

Onun sözlərinə görə, dünyada ölümlərin 30 faizi ürək-damar xəstəliklərinin payına düşür:

“Ürək-damar xəstəliklərindən qorunmaq üçün hipertəzyiq, şəkər, köklük və xolesterola diqqət edilməli, siqaretdən uzaq durmaq lazımdır. Diabet xəstələri isə tez-tez qandakı şəkər miqdarını yoxlatmalıdırlar”, - deyə ekspert qeyd edib.