Epsom duzu (maqnezium sulfat) həm sağlamlıq, həm də gözəllik məqsədilə geniş istifadə olunur. Xüsusilə vannada istifadəsi ilə tanınır. 

Foodinfo.az Epsom duzunun ən məşhur faydalarını təqdim edir:

– Epsom duzu vannası əzələləri rahatladır, idmandan sonra və ya gərginlikdən sonra bədəndəki ağrıları yüngülləşdirir. Maqnezium dəridən sorularaq iltihabı azaldır.

– Maqnezium sinir sistemini sakitləşdirir. İlıq Epsom vannası beyində serotonin ifrazını artıraraq rahatlıq və sakitlik hissi yaradır.

– Duz dəridəki ölü hüceyrələri təmizləyir, dərini yumşaldır və parlaqlaşdırır. Xüsusilə daban çatlarında və kobud dəridə effektlidir.

– Epsom duzu ilə ayaq vannası etsəniz, bu həm qoxunu azaldar, həm də şişkinliyi və yorğunluğu aradan qaldırar.

– Daxilə qəbul edildikdə (yalnız həkim məsləhəti ilə) Epsom duzu mülayim işlədici təsir göstərərək bağırsaqları yumşaldır.

– Dərinin məsamələri açılır, tərləmə yolu ilə toksinlərin çıxmasına şərait yaradır.

– Kompres və ya ilıq vanna şəklində istifadə edildikdə iltihabı çəkə və ağrını azalda bilər.

Epsom duzunu daxilə qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək vacibdir.

Hamilələr, yüksək təzyiq və ya böyrək xəstəliyi olanlar istifadə etməzdən əvvəl ehtiyatlı olmalıdır.