Uşaqların orqanizmi inkişaf mərhələsində olduğu üçün bəzi qidalar onlara xüsusilə zərərli ola bilər. Bu cür məhsullar uşaqlarda həm fiziki, həm də zehni inkişafı ləngidə, immun sistemini zəiflədə və gələcək sağlamlıq problemlərinə zəmin yarada bilər. 

Foodinfo.az uşaqlar üçün ən zərərli hesab olunan qidaları təqdim edir:

– Qazlı və şəkərli içkilər

Yüksək miqdarda şəkər və turşu ehtiva edir. Diş minasını zədələyir, piylənməyə və şəkər xəstəliyinə səbəb ola bilər. Ayrıca kafein tərkibli içkilər sinir sisteminə mənfi təsir edir.

– Hazır şokolad və konfetlər

Süni rəngləndiricilər, dadlandırıcılar və yüksək fruktoza tərkibli siroplar uşaq beyninə təsir edir, diqqət pozğunluğu və hiperaktivlik riskini artırır.

– Cips və fast food məhsulları

Trans yağlar, duz və qatqılarla zəngindir. Həzm sistemini yükləyir, piylənmə, ürək-damar və qaraciyər problemləri yarada bilər.

– Sosiska, kolbasa və digər emal olunmuş ətlər

Nitratlar, qoruyucu maddələr və duzla zəngindir. Bu maddələr xərçəngə qədər gedə biləcək risklər daşıyır və böyrəklərə yük salır.

– Hazır paketlənmiş tortlar, kekslər, kruassanlar

Tərkibində həm şəkər, həm də hidrogenləşdirilmiş yağlar olur. İmmuniteti zəiflədir, həmçinin doyma hissini pozur və uşaq daha çox yemək istəyir.

– Yoqurt və süni meyvə şirələri

Çox vaxt tərkibində meyvə yox, dadlandırıcı və rəngləndiricilər olur. Təbii görünür, amma faydası az, ziyanı çoxdur.

– Enerji içkiləri

Uşaqlara qətiyyən olmaz. Yüksək kofein və şəkər tərkibli olduğu üçün ürək ritmini poza və ciddi sinir sistemi fəsadları yarada bilər.

– Süni saqqız və şirniyyatlar

Aspartam və digər süni dadlandırıcılar beyinə təsir edir. Uzunmüddətli istifadədə davranış problemləri və asılılıq riski yarada bilər.

Uşaqların menyusunda mümkün qədər təbii, evdə hazırlanmış, az işlənmiş, vitamin və mineral baxımından zəngin qidalar yer almalıdır. Sağlamlıq vərdişləri uşaq yaşda formalaşır, bu da gələcək həyat keyfiyyətini birbaşa təsir edir.