Ətdən imtina etmək qərarına gələn insanlarda zaman keçdikcə dəmir çatışmazlığı inkişaf edir, çünki rasionda məhz ət onun əsas mənbəyidir.
Foodinfo.az xəbər verir ki, bu proses qanazlığı ilə nəticələnə bilər.
“MedikForum”a danışan diyetoloq Yelena Tixomirovanın sözlərinə görə, insan ətdən imtina etmək qərarına gələndə zaman keçdikcə çox ləng şəkildə inkişaf edən dəmir çatışmazlığı yaranır. Tədricən bu vəziyyət qanazlığına keçir ki, bu halda eritrositdə hemoqlobinin ümumi konsentrasiyası azalır, serum dəmiri və ferritin azalır.
Diyetoloq xəbərdarlıq edib ki, dəmir çatışmazlığı anemiyası arzuolunmaz nəticələrə gətirə bilər. Bu problemi olan insanlar güclü yorğunluq, zəiflikdən əziyyət çəkir, beyin fəaliyyəti zəifləyir, əzələ toxumasının tonusu azalır. Mövcud olan anemiyada orqanizm kifayət qədər oksigen almır.
Eyni zamanda, həkim qeyd edib ki, ətdən qısamüddətli imtina sağlamlığa zərbə vurmayacaq. Yağlı qırmızı ətin ümumilikdə yalnız az miqdarda istehlak edilməsi tövsiyə olunur, rasionda diyetik ət növləri üstünlük təşkil etməlidir. Bundan başqa, əlavə məhsullar faydalıdır – bunlar nevroloji sağlamlıq üçün çox vacib olan B qrupu vitaminlərinin zəngin mənbəyidir.
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir