Fransada istehsalçılar ərzaq qiymətlərinin mart ayından etibarən 15 faiz artmasını tələb edirlər. Foodinfo.az BFMTV-yə istinadən xəbər verir ki, bu barədə Fransanın Ticarət və Distribütorlar Federasiyasının direktoru Jak Kressel danışıb.


Onun sözlərinə görə, yekun qiymətlərlə bağlı danışıqlar çərşənbə günü yekunlaşacaq. 


Jak Kressel qeyd edib ki, distribütorlar ərzaqları istehsalçılardan orta hesabla 10 faiz baha almalı olacaqlar.

Leyla