ABŞ-nin “General Motors” avtomobil konserni öz əməkdaşları üçün təzminat almaqla könüllü əsasda işdən çıxma proqramını başladacaq. 

Foodinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.

Şirkət bu yolla beş min işçini vəzifəsindən azad etməyi planlaşdırır. Bu yolla “General Motors” illik bir milyard dollar qənaət etmək niyyətindədir. Şirkət bu tədbiri məcburi işdən çıxarmalara əl atmamaq üçün gördüyün iddia edir. 

Qeyd edək ki, “General Motors” “qənaət rejimi”ni gələcəkdə model çeşidlərini yeniləmək və daxili yanma mühərriklərindən elektrikli modellərə keçidlə bağlı lahiyələrin icrası üçün 35 milyard dollar investisiya qoymaq planlarına görə açıb.

Nurlan