Son araşdırmalara görə, mütəxəssislər bəzi qidaların böyrəklərdə daş əmələ gəlməsinə səbəb olduğunu aşkar ediblər. Böyrək daşları çox ağrılı və çətin bir prosesdir. Böyrək daşlarına səbəb olan qidaları gündəlik qida rasionundan çıxarmaq lazımdır. 

  Foodinfo.az böyrək daşlarının əmələ gəlməsinə səbəb olan qidaları təqdim edir:

Gecələr şiddətli ağrılarla yuxudan oyandıran böyrək daşı problemi bəzən həyatı kabusa çevirir. 

Xalq arasında “sidik yolundan qum tökülməsi” kimi tanınan böyrək daşları böyrəklər tərəfindən süzülmədiyi və olduğu yerə yapışdığı üçün orqanizmə çox duz, şəkər və turşulu qidalar daxil olduqda əmələ gəlir.

Qeyri-sağlam qidalanma vərdişləri, oturaq həyat, artıq çəki, qeyri-kafi maye qəbulu və həddindən artıq duz istehlakı böyrək daşlarının əmələ gəlməsinə zəmin yaradan mühüm faktorlar olaraq təyin olunur. Kişilərin 12% və qadınların 6% -ində görülən böyrək daşları müalicə edilmədikdə böyrək funksiyalarını pozaraq həyati təhlükə yarada bilər.

Bəs hansı qidalar həddindən artıq istehlak edildikdə böyrək daşlarına səbəb olur? 

Foodinfo.az böyrək daşlarının əmələ gəlməsinə səbəb olan qidaları təqdim edir:

Oksalat böyrək daşlarının əsas komponentlərindən biridir. Tərkibində yüksək oksalat olan qidalar daş əmələ gəlməsi riskini artıra bilər.

Yüksək oksalatlar ispanaq, çuğundur, kakao və şokolad kimi qidalarda ola bilər.

Həddindən artıq heyvan zülalının qəbulu sidikdə kalsium, sidik turşusu və oksalat səviyyəsini artıra bilər. Bu, böyrək daşının əmələ gəlməsi riskini artırır.

Yüksək duzlu pəhriz sidikdə kalsium səviyyəsini artıra və böyrək daşlarının əmələ gəlməsinə kömək edə bilər.

Şəkərli içkilər sidik turşusunun səviyyəsini artıra və yüksək fruktoza tərkibinə görə böyrək daşı riskini artıra bilə.

Həddindən artıq C vitamini qəbulu sidikdə oksalat yığılmasını artıra və böyrək daşlarının əmələ gəlməsi riskini artıra bilər.