Bildiyiniz kimi, tam taxıl məhsulları diabetin müalicəsində və qarşısının alınmasında, eləcə də immunitetin yüksəldilməsində mühüm rol oynayır. Hindistan və Böyük Britaniya alimləri müəyyəb edib ki, bu növ dənli bitkilər də yağ yandırmağa kömək edir.
Foodinfo.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Frontiers in Nutrition" jurnalında dərc olunub.
"Taxılların sağlamlığa təsirlərinin son araşdırması göstərib ki, diabetin idarə olunmasına faydalı təsir göstərir, qanda qlükoza və postprandial qlükoza səviyyələrini, həmçinin qlikozalaşmış hemoqlobin səviyyələrini azaldır", - deyə məqalədə bildirilib.
Həmçinin qeyd olunub ki, darı sıyığı qanda lipid profilini yaxşılaşdırır və bununla da hiperlipidemiyanın müalicəsi və qarşısının alınmasında faydalı təsir göstərir. Bu məşhur taxıl yeməyinin üstünlükləri arasında qan təzyiqi və bədən kütləsi indeksinin azalması göstərilib.
Yulaf isə bağırsaq hərəkətliliyinə də müsbət təsir edir, qəbizliyi aradan qaldırır və bədən piylərinin yandırılmasını təşviq edir. Dietoloq tibb elmləri doktoru Mariyat Muxinanın sözlərinə görə, səhər südlü sıyıq, axşam isə onu suda bişirmək lazımdır.