Hər gün sübh saat 5-də oyanmaq bir çoxumuz, xüsusən də gecələr aktiv olmağı sevənlər üçün çətin bir iş kimi görünə bilər. Bununla belə, gündəlik iş rejiminizdəki bu vərdiş dəyişikliyi həyatınıza bir çox müsbət təsir göstərə bilər. 

Foodinfo.az hər gün sübh saat 5-də qalxdıqda nə baş verəcəyi barədə oxucuları məlumatlandıracaq.

Erkən oyanmağın faydalarından bəziləri aşağıdakılardır:

1. Məhsuldarlığın artması. Səhər tezdən, aləm hələ də yuxuda olduğu zaman dinclik və sakitlikdən həzz ala bilərsiniz. Bu, diqqəti cəmləmək və işləmək üçün əla vaxtdır. Buna görə uğurlu insanların əksəriyyəti daha az vaxtda daha çox iş görmək üçün səhər saatlarını əldən vermirlər.

2. Şəxsi inkişafa zaman ayırmaq. Səhərin erkən saatları şəxsi inkişaf üçün əla vaxtdır. Siz özünüzü təkmilləşdirməyə yardım edəcək yoqa, meditasiya, kitab oxumaq kimi fəaliyyətlərə zaman ayıra bilərsiniz.

3. Sağlam həyat tərzi. Müntəzəm olaraq səhər saat 5-də qalxmaq daha sağlam vərdişlər qurmağınıza kömək edə bilər. Səhər idman etmək, faydalı və sağlam səhər yeməyi hazırlamaq, fiziki və ruhi sağlamlığınızın qeydinə qalmaq üçün vaxt ayıra bilərsiniz.

4. Sağlam yuxu. Erkən oyanmaq da daxil olmaqla, ciddi gündəlik rejim qurmaq yuxunuzu yaxşılaşdırmağa kömək edə bilər. Müntəzəm olaraq eyni vaxtda oyanmaq və yatmaq orqanizmə yuxu dövrlərini daha yaxşı tənzimləməyə kömək edir.

5. Faydalı rituallar. Sübh saatları bütün gününüzə motivasiya olacaq faydalı səhər ritualları yaratmaq üçün idealdır. Bu, Allaha şükr etmək, gündəlik yazmaq və ya gün ərzində görüləcək işləri planlaşdırmaq kimi əməllər ola bilər.

6. Ailəyə vaxt ayırmaq. Ailəniz varsa, sübh saat 5-də oyanmaq yaxınlarınızla daha çox ünsiyyətdə olmaq və ailəvi səhər yeməyindən həzz almaq üçün sizə əlavə vaxt qazandıra bilər.

Erkən oyanmağa necə başlamaq olar?

1. Gündəlik rejim qurun və ona əməl edin. Bura hətta həftə sonları belə, hər gün eyni saatda yatıb oyanmaq daxildir.

2. Özünüzü tədricən tez oynmağa alışdırın. Əgər adətən gec oyanırsınızsa, birbaş səhər saat 5-də qalxmağa çalışmayın. İstədiyiniz vaxta çatana qədər oyanma vaxtınızı tədricən, hər həftə 15-30 dəqiqə tezləşdirin.

3. Axşamdan planlayın. Səhərlər vaxt qazanmaq və stressi minimuma endirmək üçün tez oyanmağa axşamdan hazırlaşın. Bura paltar seçmək, səhər yeməyi hazırlamaq və gün üçün plan qurmaq daxildir.

4. Motivasiya yaradın. Niyə səhər saat 5-də qalxmaq istədiyinizi müəyyənləşdirin və bunu özünüz üçün motivasiya olaraq istifadə edin. Bu, məqsədlərə nail olmaq, şəxsi inkişaf və ya həyat keyfiyyətinin yaxşılaşdırılması ola bilər.

5. Kifayət qədər yatın. Gün ərzində gümrah və produktiv olmaq üçün kifayət qədər yatdığınızdan əmin olun. Əksər böyüklər üçün norma 7-9 saat yuxudur.

6. Davamlı olmağa çalışın. Gündəlik rejiminizə nə qədər ardıcıl və ciddi riayət etsəniz, səhər 5-də qalxmaq vərdişini qorumaq bir o qədər asan olacaq.

Hər gün sübh saat 5-də oyanmaq həyatınıza bir çox faydalar gətirə bilər. Lakin bunun hər kəs üçün uyğun olmadığını başa düşmək, ehtiyaclarınıza və həyat tərzinizə uyğun rutin tapmaq vacibdir. Sübh tezdən oyanmaq qərarına gəlsəniz, bunu davamlı edin və yeni cədvəlinizə uyğunlaşmaq üçün özünüzə vaxt verin.

Əlbəttə, səhər saat 5-də qalxmaq bəzi insanlar üçün çətin ola bilər, lakin nəticədə bu, həyatınızda daha məhsuldar və diqqətli olmağa kömək edəcək.

Nurlan