İcaze.e-gov.az portalı vasitəsilə qeydiyyatdan keçirilən tədbirlərin sayı açıqlanıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Şənlik mərasimlərinin keçirilməsi üçün icazələrin verilməsi məqsədilə icaze.e-gov.az portalı EHİM tərəfindən 26 iyun 2021-ci il tarixindən etibarən aktivləşdirilib.
Ümumilikdə, 2021-ci il ərzində portal üzərindən 1120 şadlıq sarayı, 50 minə yaxın tədbir, 6,2 milyondan çox qonaq qeydiyyatdan keçirilib. Hazırda portal üzərindən 1192 şadlıq sarayı, 63,8 minə yaxın tədbir, 8 milyondan çox qonaq qeydiyyatdan keçirilib.