Gecə saatlarında qida qəbulunun sağlamlığa təsiri uzun illərdir müzakirə olunan mövzulardan biridir. Foodinfo.az bildirir ki, son beynəlxalq araşdırmalar gec saatlarda yemək yeməyin maddələr mübadiləsinə mənfi təsir göstərdiyini ortaya qoyub. ABŞ-ın Northwestern Universitetində aparılan araşdırmaya görə, gecə qida qəbulu artıq çəki və şəkərli diabet riskini artıra bilər. Dietoloq Kristin Kirkpatrick bildirib ki, insan orqanizmi gecə saatlarında qidaları daha yavaş həzm edir. Bu isə yağ yığılmasını sürətləndirə bilər. “Medical News Today” portalında dərc olunan məlumatda qeyd edilir ki, gecə yemək yemək yuxu keyfiyyətini də aşağı salır.
Xüsusilə yağlı və ağır yeməklər mədə yanması və narahatlıq yarada bilər. İngiltərəli alimlər qeyd edirlər ki, gec saatlarda qəbul edilən yüksək kalorili qidalar ürək-damar xəstəlikləri riskini artırır. Mütəxəssislər axşam yeməyinin yatmazdan ən azı 3 saat əvvəl yeyilməsini tövsiyə edirlər. Yüngül tərəvəz yeməkləri və kefir kimi məhsullar daha uyğun hesab olunur. Qidalanma üzrə ekspert Emma Beckett bildirib ki, düzgün vaxtda qidalanmaq qədər, porsiya miqdarı da vacibdir. Araşdırmalarda gecə qəlyanaltılarının psixoloji stresslə əlaqəli olduğu da vurğulanır. Həkimlər emosional aclığın qarşısını almaq üçün gün ərzində balanslı qidalanma məsləhət görürlər. Sağlam yuxu rejimi və düzgün qidalanma birlikdə orqanizmin fəaliyyətini yaxşılaşdırır. Mütəxəssislər hesab edir ki, gecə yemək vərdişindən uzaqlaşmaq uzunmüddətli sağlamlıq üçün vacib addımdır.






