Azərbaycanda rəqabət qanunveriiliyinin yenilənməsindən sonra şirkətlərin bazardakı mövqeyi, onun inhisarçı olub-olmaması fərqli qaydada qiymətləndiriləcək.
Foodinfo.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin rəisi Məmməd Abbasov bildirib ki, hazırki qanunvericiliyə əsasən, hər hansı şirkətin bazarda inhisarçı sayılması üçün onun bütün ölkə bazarı üzrə hökmran paya malik olması tələb olunurdu.
Yeni qanunvericiliydə isə yanaşma dəyişir və ayrı-ayrı regionların bazarı ayrıca baxılacaq. Belə ki, şirkət, hər hansı regionda da bazarda hökmran mövqeyə sahib olarsa, inhisarçı sayılacaq.