İranın cənubunda Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində saxta spirtli içkidən 48 nəfər zəhərlənib.
Foodinfo.az xəbər verir ki, bununla bağlı Hörmüzqan Tibb Fakültəsinin İctimaiyyətlə Əlaqələr üzrə direktoru Fatma Nevruziyan açıqlama yayıb.
O bildirib ki, zəhərlənənlərdən beşi ölüb, 11 nəfərinin vəziyyəti ağırdır, üç nəfər isə görmə qabiliyyətini itirib.
Bəndər Abbas şəhər polis rəisi Timur Dövlətyari şəhərdə spirtli içkidən zəhərlənməyə səbəb olan saxta içki istehsal edən şəxslərin müəyyənləşdirildiyini və indiyədək 8 nəfərin nəzarətə alındığını açıqlayıb.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı