İranda yaşayan əhali son zamanlar ölkədə soğan qiymətlərinin artmasından şikayət edir.
Foodinfo.az xəbər verir ki, insanlar soğan almaq üçün əvvəl ödədikləri məbləğdən yüksək pul vermək məcburiyyətində qalıblar.
İranlı mütəxəssislər qiymət artımının səbəbini soğanların xarici ölkələrə satılması ilə əlaqələndirirlər. Bu, da ölkədə "soğan böhranı" nın yaranmasına səbəb olub.
Belə ki, rəsmilər bir ay sonra bazara çıxarılacaq cənub soğanlarının qiymətlərinin aşağı düşəcəyini bildiriblər.