İspaniyada ötən ay ərzaq məhsullarının qiyməti orta hesabla 1,31 faiz artıb. Foodinfo.az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir. 


İspaniya hökumətinin çörək, süd və zeytun yağı kimi bir məhsullar üçün ƏDV-ni azaltmasından tam iki ay keçib.


Qeyd olunur ki, bu qərar ərzaq qiymətlərinə o qədər də ciddi təsir göstərməyib.

Belə ki, qiymətlər yanvarda nisbətən azalsa da, yenidən artmağa başlayıb.

Leyla