
İsti havalarda orqanizmin su və mineral ehtiyacını qarşılamaq üçün doğru içkilər seçmək vacibdir.
Foodinfo.az xəbər verir ki, ən faydalısı sadə sudur – həm bədən temperaturunu tənzimləyir, həm də tərləmə ilə itirilən mayeni bərpa edir. Ayran, təbii mineral su və limonlu su kimi içkilər isə həm elektrolit balansını qoruyur, həm də təravət verir.
Təzə sıxılmış meyvə şirələri, şəkərsiz kompotlar və soyuq ot çayları da vitaminlərlə zəngin olub orqanizmi dəstəkləyir.
Qarpız və yemiş kimi maye tərkibi yüksək meyvələrin şirələri də xüsusilə yayda bədənə faydalıdır.
Əksinə, qazlı içkilər, şəkərli soyuq çaylar, enerji içkiləri və alkoqol bədəni daha çox susuzlaşdırır və sağlamlıq üçün risk yaradır. Həmçinin çox soyuq içkiləri sürətlə içmək boğaz və mədə problemlərinə səbəb ola bilər. Bu səbəblə, gün ərzində az-az, lakin mütəmadi şəkildə su və faydalı içkilər qəbul etmək tövsiyə olunur.