
Yeməkləri yavaş-yavaş yemək sağlamlığın bir çox aspektinə müsbət təsir göstərir. Əvvəla, bədən toxluq hissini təxminən 20 dəqiqədən sonra hiss edir. Yəni sürətlə yemək beyinə toxluq siqnalı çatmamış artıq yeməyə səbəb olur. Yavaş yemək isə bu siqnalın vaxtında çatmasına imkan verir və artıq kalori qəbulunun qarşısını alır.
Foodinfo.az xəbər verir ki, yavaş yemək həzmi asanlaşdırır. Çeynəmə prosesi qidanı mədəyə göndərməzdən əvvəl xırdalayır və fermentlərlə qarışdırır. Bu da mədədə həzmi sürətləndirir və qaz, şişkinlik, reflü kimi problemləri azaldır. Həddindən artıq sürətli yemək bu şikayətləri artırır.
Qan şəkərinin tarazlanmasında da yavaş yeməyin rolu böyükdür. Qidanın tədricən qana qarışması insulin səviyyəsinin sabit qalmasına səbəb olur. Bu, xüsusilə şəkər xəstələri və insulinə həssas olan insanlar üçün vacibdir.
Zehni baxımdan da yavaş yemək rahatladıcı təsir göstərir. İnsan yeməyə diqqət ayırdıqda həm dadından daha çox zövq alır, həm də emosional yeməklərin qarşısı alınır. Telefon, televizor qarşısında tələsik yemək isə nə yediyini hiss etməməyə və doymadan çox yeməyə səbəb olur.
Yavaş yemək həm də ideal çəkinin qorunmasına, həzm sisteminin yaxşı işləməsinə və ümumi rifah halının artmasına kömək edən sadə, lakin təsirli bir vərdişdir.