Alça həm dadlı, həm də sağlamlıq üçün olduqca faydalı bir meyvədir. Tərkibindəki vitaminlər, minerallar və antioksidantlar sayəsində orqanizmin bir çox funksiyasına müsbət təsir göstərir.
Foodinfo.az alçanın əsas faydalarını təqdim edir:
1. İmmuniteti gücləndirir. C vitamini ilə zəngin olduğu üçün bədəni virus və bakteriyalardan qoruyur.
2. Həzm sistemini yaxşılaşdırır. Lifli quruluşu sayəsində bağırsaqların fəaliyyətini tənzimləyir və qəbizliyin qarşısını alır.
3. Qan təzyiqini balanslaşdırır. Kalium tərkibli olduğu üçün qan təzyiqini normada saxlayır və ürək-damar sağlamlığını qoruyur.
4. Bədəni toksinlərdən təmizləyir. Təbii sidikqovucu təsirə malikdir, bu da böyrəklərin fəaliyyətini dəstəkləyir.
5. Qan azlığına qarşı faydalıdır. Dəmir və C vitamini birlikdə işləyərək qanın tərkibində hemoqlobinin səviyyəsini artırmağa kömək edir.
6. Dərinin sağlamlığını qoruyur. Antioksidantlar sayəsində dəridəki sərbəst radikallarla mübarizə aparır, qocalma prosesini ləngidir.
7. İştahanı açır. Turş dadı mədə şirəsinin ifrazını artırır, bu da iştahanı stimullaşdırır.
Alçanı çox miqdarda yemək mədədə turşuluğu artıra və yanma hissi yarada bilər. Mədə xorasından və ya gastritdən əziyyət çəkənlər ehtiyatla istifadə etməlidirlər.






