
Havay Universitetinin Xərçəng Mərkəzinin alimləri MIND pəhrizinin Alzheimer xəstəliyinin inkişaf riskini 25% azalda biləcəyini müəyyən ediblər.
Foodinfo.az bildirir ki, bu pəhriz Aralıq dənizi və DASH pəhrizlərinin prinsiplərini birləşdirir, əsasən yarpaqlı göyərti, giləmeyvə, qoz-fındıq və zeytun yağından ibarətdir.
10 il ərzində MIND pəhrizinə ciddi riayət edənlərdə demensiya riski digər pəhriz qruplarına nisbətən xeyli azalıb. Alimlər vurğulayırlar ki, pəhrizin yaxşılaşdırılması qocalıqda belə qoruyucu təsir göstərə bilər.