Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə İtaliyanın Eksperimental Zooprofilaktik Abruzzo və Molise “Giuseppe Caporale” İnstitutu (IZSAM) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, iki qurum arasında qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, memorandumun əsas məqsədi heyvan sağlamlığının və rifahının təmin olunması, insan və heyvan sağlamlığına təhlükə yarada bilən zoonoz xəstəliklərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinə dair məlumatların mübadiləsi, qarşılıqlı maraq kəsb edən problemlərin araşdırılması və tədqiqi sahəsində əməkdaşlığı genişləndirməkdən ibarətdir. Həmçinin heyvan mənşəli qida məhsullarının keyfiyyət və təhlükəsizliyi üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat xidmətlərinin beynəlxalq tələblərə uyğun olaraq həyata keçirilməsi, kadrların praktik bacarıqlarının inkişafı və səriştəliliyinin yüksəldilməsi istiqamətində də təcrübə mübadiləsi planlaşdırılır.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir