Yay aylarının tələbatlı qidası ovdux, soyuq doğramac bəzi xəstəliklərdə əks göstərişdir. Foodinfo.az xəbər verir ki, dietoloqlar bu xəstələrə doğramacı qadağan edir. Mədə-bağırsaq, mədəaltı vəz xəstəliyi olanlara bu yemək olmaz. "Ən faydalı doğramac kefirlə olandır. Lakin ona yağlı kolbasa, kartof çox qatmaq olmaz. Əslində təbii qida həzm sisteminə faydalıdır. Lakin mədə-bağırsaq xəstəliyi olanlara əksinə təsir edir. Bağırsağın iltihabi xora, kolit, Kron xəstəliyi, mədə reflüksü, qastriti, iltihabı, pankreatiti olanlara qadağandır. Eləcə də laktoza-süd keçirməzliyi olanlar, ürək xəstəliyində də bu qida olmaz. Digər sağlam insanlar yalnız isti havada soyuq doğramac yeməlidir. Onu kefir və ya ayranla hazırlayın".