
Bir çox insan kofeinsiz qəhvəni sağlam seçim hesab edir. Foodinfo.az bildirir ki, kofeinsiz qəhvə hazırlanarkən istifadə olunan kimyəvi maddələr bəzən risk daşıyır. Bu məhsulların istehsalında metilen xlorid və ya etilasetat kimi maddələrdən istifadə oluna bilər.
Həddindən artıq emal prosesləri qəhvənin təbii komponentlərini zəiflədə bilər. Kofeinsiz qəhvə hamilə qadınlar və yüksək təzyiqli xəstələr üçün alternativ sayılır. Lakin tamamilə zərərsiz olduğu iddiası doğru deyil.
Üstəlik, bəzən məhsulda müəyyən miqdarda kofein qalığı da olur. Kofeinsiz qəhvənin təbii üsullarla hazırlanmış variantları daha təhlükəsizdir. Ən yaxşı seçim “su prosesi” ilə emal olunmuş məhsullardır.
Gün ərzində 1-2 fincan belə qəhvə içmək normal sayılır. Lakin gündəlik qəhvə miqdarı və tərkibi şəxsi sağlamlıq vəziyyətinə uyğun tənzimlənməlidir. Sağlamlıq baxımından “az, amma keyfiyyətli” prinsipinə üstünlük verilməlidir.