Təkcə avokadonun özü deyil, onun toxumu da saç sağlamlığı üçün faydalıdır. Foodimfo.az xəbər verir ki, mütəxəssislər bildirir ki, avokado toxumu antioksidantlar, yağ turşuları və E vitamini ilə zəngindir. 

Bu maddələr saç tellərini gücləndirir, qırılmanı azaldır və saçlara təbii parıltı verir.

İstifadə üçün toxumu qurudub toz halına gətirin, kokos yağı və ya zeytun yağı ilə qarışdırın. Hazırladığınız bu maskanı saç diblərinə və uclarına sürtərək 20–30 dəqiqə saxlayın, sonra yuyun.

Təbii, kimyəvi maddəsiz bu üsul saçlarınıza həm qidalandırıcı təsir göstərir, həm də canlı görünüş qazandırır.