Enerji içkiləri gündəlik yorğunluğu azaltmaq üçün geniş istifadə olunur. Foodinfo.az bildirir ki, bu içkilər yüksək kofein və şəkər tərkibli olduğuna görə ürək ritmini pozur. 

Onlar qan təzyiqini yüksəldə və sinir sistemini həddindən artıq stimullaşdıra bilər. Xüsusilə gənclər arasında bu içkilərə aludəçilik artıb. Enerji içkiləri qısa müddətlik diqqət və aktivlik artırsa da, uzunmüddətli təsirləri arasında yuxusuzluq, əzələ spazmı və əsəbilik var. Ürək-damar problemi olan şəxslər üçün bu içkilər təhlükəlidir. 

Tərkibindəki taurin və qlukuronalakton maddələri qaraciyər fəaliyyətinə də təsir edə bilər. Gündəlik kofein norması artıq içildikdə başgicəllənmə və ürək döyüntüsü baş verir. Enerji içkiləri spirtlə birlikdə qəbul olunduqda risk daha da artır. 

Uşaqlara və yeniyetmələrə bu içkilərin qadağan olunması tövsiyə edilir. Təbii enerji mənbəyi kimi su, qoz-fındıq və meyvələr daha faydalıdır. Enerji içkiləri bədəndə saxta “canlanma” yaradır və asılılıq potensialı daşıyır.