
Duzlu su əsrlərdir dəriyə təbii qulluq vasitəsi kimi istifadə olunur. Mütəxəssislərə görə, dəniz duzu minerallarla zəngin olduğu üçün dərini təmizləyir, iltihabı azaldır və yağ balansını tənzimləyir.
Hər gün üzü duzlu su ilə yumaq szanaq və qara nöqtələrin azalmasına kömək edir. Dəri məsamələrini sıxlaşdırır. Ölü dərini yumşaq şəkildə təmizləyir. Dəridəki yağ və kir yığılmasının qarşısını alır.
Hazırlanması sadədir: bir stəkan ilıq suya yarım çay qaşığı təbii dəniz duzu əlavə edin və qarışdırın. Gözə yaxın bölgələrdən uzaq tutaraq üzü yuyun, sonra təmiz su ilə durulayın.
Təbii və ucuz olan bu üsul davamlı istifadə edildikdə dərinin daha sağlam və parlaq görünməsinə kömək edir.