Bəzi insanlar arıqlamaq üçün su qəbulunu azaldır. Foodinfo.az bildirir ki, bu yanaşma həm yanlışdır, həm də sağlamlıq üçün təhlükəlidir. Su orqanizmdə maddələr mübadiləsini sürətləndirir və yağların parçalanmasında iştirak edir. 

Su çatışmazlığı metabolizmi zəiflədir və arıqlama prosesini yavaşladır. Su bədəndə toksinlərin xaric olunmasına kömək edir. Pəhriz zamanı su içilməməsi qaraciyər, böyrək və bağırsaq funksiyalarına mənfi təsir göstərir. Susuzluq həm də iştahın artmasına səbəb ola bilər. Beyin bəzən susuzluğu aclıq kimi qəbul edir. 

Arıqlamaq istəyən şəxslər üçün gündəlik ən azı 1,5–2 litr su içilməsi tövsiyə olunur. Su həm də dərinin elastikliyini qoruyur və enerji səviyyəsini sabit saxlayır. Su içmədən pəhriz saxlamaq qısa müddətdə nəticə versə də, uzunmüddətli zərərləri qaçılmazdır. 

Sağlam arıqlama üçün qidalanma ilə yanaşı su balansına da diqqət edilməlidir.