Kollagen bədənimizin əsas zülallarından biridir və dəri, saç, dırnaqlar, sümüklər, qığırdaq, bağlar və əzələlər üçün vacib rol oynayır. Foodinfo.az xəbər verir ki, bu zülal bədənə elastiklik və möhkəmlik verir, toxumaların sağlam qalmasını təmin edir.  

Kollagenin əsas funksiyaları: 

1. Dərinin elastikliyini artırır, qırışların və sallanmanın qarşısını alır.  

2. Qığırdaq toxumasını qoruyaraq artrit və oynaq ağrılarını azaldır.  

3. Kollagen çatışmazlığı saç tökülməsinə və dırnaqların qırılmasına səbəb ola bilər.  

4. Bağırsaq divarını gücləndirərək həzm sistemini qoruyur.  

5. Kollagen amin turşuları ilə əzələ böyüməsinə kömək edir.  

Yaş artdıqca kollagen istehsalı azalır, bu da dərinin qocalmasına və oynaq problemlərinə səbəb olur. 

Onu artırmaq üçün balıq, sümük suyu, yumurta ağı, C vitamini olan meyvələr (portağal, kivi), yaşıl yarpaqlı tərəvəzlər və kollagen əlavələri istifadə etmək lazımdır.