Çin baytarları Uhan şəhərindəki çöl pişiklərinin 15 faizində koronavirusa yoluxma aşkarlayıblar. Foodinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə tədqiqatın nəticələrini “BioRxiv” elektron elmi kitabxanası yayıb. Mütəxəssislər koronavirus epidemiyasından əvvəl 39 pişikdən, pandemiyadan sonra isə sonra 102 pişikdən götürülmüş qan nümunələrini testdən keçiriblər. Məlum olub ki, virusun yayılmasına qədər heyvanlar COVID-19 infeksiyasına yoluxmayıblar, ancaq pandemiyadan sonra 102 pişikdən 15-i təhlükəli virusa yoluxub. Qeyd edək ki, martın 27-də Belçikada SARS-CoV-2 koronavirusunun insandan pişiyə ötürülməsi ilə bağlı ilk hal qeydə alınıb. Bu halda Çin bioloqları aydınlaşdırıblar ki, pişiklər təkcə COVID-19-a yoluxmurlar. Təhlükəli virusa yoluxan bütün pişiklər məhv olurlar.