Körpələrin sağlam böyümməsi üçün güclü immunitet sistemi həyati əhəmiyyət daşıyır. Uşaqların xəstəliklərdən qorunması və sağlam inkişafı üçün bir neçə əsas qaydaya əməl etmək tövsiyə olunur.

Foodinfo.az  xəbər verir ki, yeni doğulmuş körpələr ana südü ilə qidalandırılmalıdır. Ana südü uşağa lazımi anticisimləri verir və xəstəliklərə qarşı qoruyucu təsir göstərir. 6 aylıqdan sonra isə tərəvəz, meyvə və tam taxıl məhsulları ilə balanslı qidalanma immuniteti gücləndirir.

Uşaqların kifayət qədər yatması da immun sisteminin düzgün işləməsi üçün vacib olduğu vurğulanır.

Eyni zamanda evdə və açıq havada fiziki aktivlik və oyun uşağın bədənini gücləndirir və immuniteti dəstəkləyir.

Gigiyena və təmizlik də önəmli faktorlar arasındadır. Əllərin yuyulması, ətrafın təmiz saxlanması və xəstə insanlarla yaxın təmasdan qaçmaq xəstəlik riskini azaldır.

Lazım olduqda D vitamini və digər əlavə vitaminlər uşağın immunitetinin gücləndirilməsinə kömək edir. 

İmmuniteti gücləndirmək üçün bu qaydalar davamlı və ölçülü tətbiq olunmalıdır və hər hansı xəstəlik əlaməti görünərsə, pediatrla məsləhətləşmək vacibdir.