
Krandakı ərpləri təmizləmək üçün kimyəvi vasitələrə ehtiyac yoxdur. Evdə olan təbii məhsullarla həm effektiv, həm də sağlamlığa zərərsiz şəkildə təmizləyə bilərsiniz.
Foodinfo.az ən təsirli təbii üsulları təqdim edir:
1. Sirkə üsulu
Sirkəni parça və ya pambığa hopdurun, kranın ərp olan hissəsinə bərkidin. İstəsəniz, üzərindən streçlə sarıya bilərsiniz. 1-2 saat saxladıqdan sonra parça ilə silin və ilıq su ilə yuyun. Əgər ərp qalırsa, diş fırçası ilə fırçalayın.
2. Sirkə + soda
Soda və sirkəni qarışdıraraq pastaya çevirin. Bu qarışığı kranın ərp tutmuş hissələrinə çəkin və 10-15 dəqiqə saxlayın. Sonra diş fırçası ilə ovub su ilə yuyun.
3. Limonla təmizləmə
Limonu iki yerə bölün və birbaşa ərp olan hissəyə sürtün. Limonun tərkibindəki təbii turşular ərpi yumşaldacaq. 10 dəqiqə sonra silib su ilə yuyun.
4. Qaynar su ilə buxar üsulu
Əvvəlcə qaynar su ilə kranın ətrafını buxara verin. Bu, ərpi yumşaldacaq və digər üsulların təsirini artıracaq.
Kranı təmizlədikdən sonra mikrofiber bezlə qurulayın ki, yenidən su ləkəsi və ərp yaranmasın. Bu üsulları həftədə 1 dəfə təkrarlamaqla kranlarınız parlaq və ərpsiz qala bilər.