Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Şilyan kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb. Foodinfo.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Araşdırmalar zamanı həmin şəxsin kənd sakini Ə.Mustafayev olduğu müəyyən edilib. Həmin şəxsdən bir ədəd ov tüfəngi, həmin silaha aid patronlar, eləcə də ovladığı çöl heyvanları və quşları aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.