Pəncərə silmək artıq kabusunuz olmayacaq. Bu möcüzəvi qarışımla pəncərələriniz parlayacaq və heç bir ləkə izi qalmayacaq.
Evimizi təmiz saxlamaq çox vacibdir. Təmizləmə ilə bağlı bəlkə də ən həssas məqam şüşələrin təmizlənməsidir. Şüşənin təmizlənməsi sinir pozucu və çətin ola bilər. Çünki nə qədər silsək də, onlar heç vaxt güzgü kimi parıldamır.
Pəncərələr barmaq izləri, ləkələr, toz, kir və düzgün olmayan təmizləmə üsullarına məruz qaldıqda çox pis görünür.
Foodinfo.az xəbər verir ki, evinizdə yalnız bu 3 material varsa, pəncərələri silmək artıq çətin olmayacaq. Bu möcüzəvi qarışım sayəsində şüşələriniz güzgü kimi parlayacaq və heç bir ləkə izi belə qalmayacaq.
Əvvəlcə 2 litr isti su, 4 qaşıq şampun və 2 damcı sirkə götürün. Sonra bir konteynerə 2 litr su tökün. Ona şampun və 2 damcı ağ sirkə əlavə edin. Köpüklü və homojen olana qədər qarışdırın.
Pəncərələri silmək üçün ən təsirli parçalardan biri olan mikrofiber parçadan istifadə etməlisiniz. Xüsusi istehsal olunan şüşə parçalarından da istifadə edə bilərsiniz. Pəncərələri təmizləmək üçün seçdiyiniz uyğun təmizləyici parçanı hazırladığınız qarışıqda isladın və artıqlığını sıxaraq çıxarın. Sonra bu parça ilə pəncərələrinizi silin. Parıldayan, ləkəsiz pəncərələrin şahidi olacaqsınız. Pəncərələrinizi hər dəfə təmizləmək istəyəndə bu qarışığı tətbiq etmək istəyəcəksiniz.